Tbilisi Dövlət Universitetinin infeksiyaya yoluxan əməkdaşının 12 kontaktı aşkarlanıb və onların hamısı öztəcriddədirlər
Tbilisi Dövlət Universitetinin infeksiyaya yoluxan əməkdaşının 12 kontaktı aşkarlanıb və onların hamısı öztəcriddədirlər

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində bəyan edirlər ki,  infeksiyaya yoluxan əməkdaşın şəxsi kontaktları aşkarlanıb və Xəstəliklər Nəzarətinin Milli Mərkəzinə onlar haqqında detallı məlumat verildi.

Bununla yanaşı, TDU-da bəyan edirlər ki, martın 23-dən təhsil prosesi onlayn-rejimdə aparılır və mühazirələr ancaq distansiyalı formatında keçirilir. Həmçinin, administrasiya personalı da bəzi istisnalar xaric distansiyadan işləyir.

Hazırda Universitetin digər əməkdaşları arasında infeksiyaya yoluxma halları yoxdur.

İnfeksiyaya yoluxan əməkdaş isə, pensiya yaşlı qadındır və universitet korpusunun yaxınlığında yaşayır.

İnfeksiya halının aşkarlandından sonra universitetdə dezinfeksiya işləri aparılır.