Tbilisi Dövlət Universitetinin birinci korpusu bayram rəngləri ilə işıqlandı

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı, Universitetin birinci korpusunun binası bayram rəngləri ilə işıqlandı.

TDU-nun 100 illik yubileyinə həsr olunan tədbirlərdə 50-yə qədər ölkənin aparıcı Universitetlərinin və beynəlxalq təşkilatların nümayəndə heyyətləri və Gürcüstanın icra və qanunverici iqtidarının nümayəndələri iştirak edirlər.

Universitetin 100 illik yubileyi bu il YUNESCO-nun egidası ilə keçirilir.

Qafqazın ilk milli universiteti 1918-ci ilin yanvarın 26-da, Daviq Ağmaşenebelinin anım günündə açıldı.