Tbilisi Dəniz Hospitalında üç nəfərdə koronavirus təsdiqləndi

Tbilisi Dəniz Hospitalında üç pasiyentdə koronavirus təsdiqləndi.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına klinikanın mətbuat xidməti verib.

Qeyd olunan məsələ ilə bağlı bəyanat Dəniz Hospitalında saat 17:00-da veriləcək.

Müvafiq olaraq, ölkə miqyasında, koronavirusa yoluxanların sayı  882 nəfəri təşkil edir, onların arasında 724 nəfər sağalıb.