Tbilisi beynəlxalq marafonu başa çatdı
Tbilisi beynəlxalq marafonu başa çatdı

Tbilisinin mərkəzi küçəsilərdə sıra ilə səkkizinci “Tbilisi Marafonu” “HeilderbergCement” şirkətinin təşkilatçılığı ilə keçirildi. Qaçış Rustaveli prospektindən, Birinci Klassik Gimnaziya ərazisindən başladı. Tədbir üçün şəhərin tarixi küçələri bağlandı.

Qadınlar və kişilərin yarım-marafonu, 10 kilometrə qaçış və uşaq qaçışı keçirildi.

Qadınlar və kişilərin yarım-marafonu qaliblərinə pul mükafatı və sponsorlar tərəfindən təyin edilmiş prizlər verildi – birinci yer üçün 2000 lari, ikinci yer üçün 1500, üçüncü yer üçün 1000 lari.