Tbilisi-Berlin-Tbilisi istiqamətinə xüsusi aviareys iyulun 25-də həyata keçiriləcək
Tbilisi-Berlin-Tbilisi istiqamətinə xüsusi aviareys iyulun 25-də həyata keçiriləcək

Tbilisi-Berlin-Tbilisi istiqamətinə xüsusi aviareys iyulun 25-də həyata keçiriləcək.

Vətəndaş Aviasiyası Agentliyinin məlumatına görə, xaricdə olan Gürcüstan vətəndaşlarını gətirmək məqsədi ilə təşkil edilən Tbilisi-Berlin-Tbilisi aviareysini MyWay Airlines iyulun 25-də həyata keçirəcək.

Agentliyin məlumatına görə, idarələrarası koordinasiya şurası tərəfindən müəyyən edilən avireys Boeing B737-800-lə həyata keçiriləcək və biletinin qiyməti 200 avrodan artıq olmayacaq.

Biletləri avia-şirkətin veb-səhifəsindən ala bilərsiniz.