Tbilisi avtobuslarında pəncərələrin yalnız qapalı olması halında kondisionerin istifadəsinə icazə verilir
Bu gündən etibarən Tbilisidə munisipal avtobuslarda pəncərələrin yalnız qapalı olması halında kondisionerin istifadəsinə icazə verilir.
Munisipal Nəqliyyat Xidmətindən Gürcüstanın Birinci Kanalına da bildirildiyi kimi, qərarı kovid tənzimləmələrin yüngülləşdirilməsinə paralel olaraq qəbul ediblər.
Bunadək olan qaydaya əsasən, kondisioner işləyərkən avtobusların pəncərələri açıq olmalı idi. Munisipal və şəhərlərarası nəqliyyat üçün yeni koronavirusun (SARS-CoV-2) səbəb olduğu (COVID-19) infeksiyası ilə əlaqədar verilən rekomendasiyalara əsasən, sərnişin salonu daim açıq pəncərələrlə havalandırılmalı idi və kondisioner ilə əlaqədar rekomendasiyada heç nə deyilmir.
Əmək Müfəttişliyindən Gürcüstanın Birinci Kanalına munisipalitetin munisipal nəqliyyatda kondisionerlə bağlı qərar vermək səlahiyyətinə malik olduğunu bildiriblər. Tbilisi Meriyasının Munisipal Nəqliyyat Xidməti qərarın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz ilə məsləhətləşərək qəbul edilib-edilmədiyinə və dəyişikliyin hansı əsaslarla edildiyinə dair konkretlik gətirmir.
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbərinin müavini Paata Imnadze, Gürcüstanın Birinci Kanalına rekomendasiyaların dəyişdirilmədiyini, lakin kifayət qədər hava mübadiləsi olması halında, kondisionerin qapalı pəncərələr şəraitində də işləməsinə icazə verilməsini bildirdi.
2020-ci ilin iyul ayında Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Gamğrelidze bildirdi ki, kondisionerlər ilə əlaqədar təlimatlara əsasən, avtobuslarda kondisionerlərin istifadəsi mümkündür. Lakin , avtobuslarda kondisionerin istifadəsi halında, pəncərələr açıq olmalıdır.