Tbilisi 2025-ci il Qılıncoynatma üzrə Dünya Çempionatına ev sahibliyi edəcək #1TVSPORT
Tbilisi 2025-ci il Qılıncoynatma üzrə Dünya Çempionatına ev sahibliyi edəcək #1TVSPORT

Beynəlxalq Qılıncoynatma Federasiyası FIE-nin Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Konqresində 2025-ci ildə Qılıncoynatma üzrə Dünya Çempionatına Gürcüstanın paytaxtı Tbilisinin ev sahibliyi edəcəyi rəsmən elan edilib.

FIE-nin 120 nümayəndəsi Tbilisinin lehinə səs verib, səsvermədə ümumilikdə 134 nümayəndə iştirak edirdi.

2023-cü ildə qılıncoynatma üzrə dünya çempionatı İtaliyanın Milan şəhərində keçirilib. Gürcüstan millisi turnirdəki çıxışını qılıncoynatma üzrə Sandro Bazadzenin qazandığı bir gümüş medalla başa vurub.