Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər həlak olub, ən azı 236 nəfər isə yaralanıb, Keniyada da ən azı 32 nəfər həyatını itirib
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər həlak olub, ən azı 236 nəfər isə yaralanıb, Keniyada da ən azı 32 nəfər həyatını itirib

 
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər həlak olub, ən azı 236 nəfər isə yaralanıb. Bu haqda “CNN” məlumat yayır.

Ölkənin baş naziri Kasim Macaliva daşqınlar nəticəsində 10 000-dən çox evə ziyan dəydiyini və 200 000-dən çox insanın isə zərər çəkdiyini bildirib.

“Güclü küləklə müşayiət olunan leysan yağışları ölkənin müxtəlif bölgələrində dəhşətli nəticələrə səbəb olub. İnsanlar həlak olublar, evlər və dəmir yollarına ziyan dəyib” – Macaliva deyib.

Keniyada da daşqınlar qeydə alınıb, nəticədə ən azı 32 nəfər həlak olub.