Tanınmamış Dağlıq Qarabağın qondarma ombudsmanı- Azərbaycanın hərbi əməliyyatları nəticəsində azı 2 nəfər həlak olub və 11 nəfər yaralanıb
Tanınmamış Dağlıq Qarabağın qondarma ombudsmanı- Azərbaycanın hərbi əməliyyatları nəticəsində azı 2 nəfər həlak olub və 11 nəfər yaralanıb

 
Qarabağda hərbi əməliyyatlar nəticəsində həlak olan və yaralananlar barədə məlumatlar yayılır. Belə ki, tanınmamış Dağlıq Qarabağın qondarma ombudsmanı bildirib ki, Azərbaycanın hərbi əməliyyatları nəticəsində biri uşaq olmaqla azı iki nəfər həlak olub. Həmçinin 11 nəfər yaralanıb, onlardan 8-i uşaqdır.

Eyni zamanda erməni tərəfi Stepanakertdə mülki obyektlərin bombalanması ilə bağlı məlumat yayır. Azərbaycan tərəfi Stepanakert şəhərini Xankəndi şəhəri adlandırır.

Azərbaycanın Müdafiə Nazirliyi bu gün Qarabağda “antiterror tədbirləri”nə başlandığını elan edib. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına əsasən, “Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngərlərin sayının artırılması gərginliyin artmasına səbəb olub”.

Bundan əlavə, Ermənistanın Müdafiə Nazirliyi Ermənistan Respublikasının Dağlıq Qarabağda ordu yerləşdirmədiyini bildirib. Qarabağdakı vəziyyətlə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir.