Tamta Mikeladze - Gözləntimiz var ki, Buknari kəndində eskalyasiya düşəcək və dua mərasimləri ilə bağlı razılaşmaya nail olunacaq

Gözləntimiz var ki, Buknari kəndində eskalyasiya düşəcək və dua mərasimləri ilə bağlı razılaşmaya nail olunacaq, – bu bəyanatı jurnalistlərə İnsan hüquqlarının öyrənilməsi və monitorinq mərkəzinin nümayəndəsi Tamta Mikeladze Buknari kəndində verdi.

“Münaqişənin real olaraq, başa çatması üçün, bu cür münaqişələrin baş vermə riski altında olan kəndlərdə, müsbət transformasiyalı işlərin aparılması gərəktir”- dedi Tamta Mikeladze.

Onun dediyinə görə, o dünənki və daha öncəki mediasiya proseslərində səhvlər görür.

“Bərabər hüquqluğu dəstəkləyən bəyanatlar çox gec verildi. Dünən daha yüksək səviyyədə keçirilən görüş də gecikdirilmiş oldu. Bugünki görüş prosesi və problemin görülməsi çox vacibdir” – dedi Mikeladze.

Buknari kəndində xristian və müsəlman əhalisi arasında növbəti görüşdə iqtidar nümayəndələri də iştirak edəcəklər.