Tamaz Qinturi hərbi şərəflə dəfn edildi

Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında, işğal altında olan ərazidə Rusiya işğalçı qüvvələri tərəfindən qətlə yetirilən Gürcüstan vətəndaşı Tamaz Qinturi dəfn edilib.

Tamaz Qinturi doğulduğu kənd qəbiristanlığında hərbi şərəflə dəfn edilib.

Gürcüstan vətəndaşı noyabrın 6-da Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Noyabrın 6-da Gürcüstan vətəndaşının qətli ilə bağlı Gürcüstanın mərkəzi hökumətinin tələbi ilə Erqnetidə görüş keçirilib.