Tamaz Mechiauri vəfat edib
Tamaz Mechiauri vəfat edib

 

67 yaşlı Tamaz Mechiauri vəfat edib. Məlumatı ailə üzvləri təsdiqləyir.

Tamaz Mechiauri 1954-cü ilin dekabrın 1-də Jebota kəndində anadan olub. Tbilisinin Komarov adına fizika-riyaziyyat internat məktəbini, daha sonra Tbilisi Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib.

2012-2016-cı illərdə Gürcüstanın 8-ci çağırış parlamentinin deputatı, Maliyyə-Büdcə Komitəsinin sədri olub. 2016-cı ildə “Vahid Gürcüstan Naminə” partiyasının əsasını qoyub. 2017-ci ildə Tianeti munisipalitetinin meri seçilib. 2020-ci ilin parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verib.

Tamaz Mechiaurinin vəfatına səbəb koronavirus infeksiyasına yoluxması olub.