Tamar Qabunia - Xəstəliklərə Nəzarət Mərkəzi tədqiqata başlayacaq və hesab edirik ki, fevralın 10-a qədər ölüm hallarının nə qədər hissəsinin "Omicron"-la əlaqəli ola biləcəyi barədə daha dəqiq fikrimiz olacaq
Tamar Qabunia - Xəstəliklərə Nəzarət Mərkəzi tədqiqata başlayacaq və hesab edirik ki, fevralın 10-a qədər ölüm hallarının nə qədər hissəsinin "Omicron"-la əlaqəli ola biləcəyi barədə daha dəqiq fikrimiz olacaq

 

“Bizdə “Omicron”-un yayılması ilə bağlı sadəcə modelləşdirilmiş məlumatlar var və yoluxma hallarının əksər hissəsinin, 90 faizə qədərinin “Omicron” olması ehtimal edilir”-bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, mindən çox laboratoroloji yolla təsdiqlənmiş “Omicron” -a yoluxma halından, pasiyentlərin sadəcə üç faizinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

“Mindən çox laboratoroloji yolla təsdiqlənmiş “Omicron” -a yoluxma halından, pasiyentlərin təxminən üç faizinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Demək olar ki, hamısı tezliklə normal fəaliyyətinə qayıtdı. Üç ölüm halı var, lakin ola bilsin “Omicron”-la deyil, başqa səbəblərdən ölüm halı gerçəkləşmiş olsun”-deyə Tamar Qabunia bildirib.

Bununla yanaşı, Tamar Qabunianın da qeyd etdiyi kimi, fevralın 10-dək koronavirusun səbəb olduğu ölüm hallarının nə qədər hissəsinin “Omicron” ştamı ilə əlaqəsinin olmasına dair daha dəqiq fikir olacaq. Onun sözlərinə görə, məhz bu səbəbdən Xəstəliklərə Nəzarət Mərkəzi tədqiqata başlayacaq.

” Konkret olaraq “Omicron” ilə əlaqəli ölüm hallarını müzakirə etmək üçün hələ çox az vaxt keçib. Xəstəliklərə Nəzarət Mərkəzi cari dövrdə planlaşdırılacaq bir araşdırmaya başlayır və hesab edirik ki, fevralın 10-a qədər ölüm hallarının nə qədər hissəsinin “Omicron”-la əlaqəli ola biləcəyi barədə daha dəqiq fikrimiz olacaq. Əlbəttə ki, “Omicron” bütün dünyada daha az ölümə və ağır hadisələrə səbəb olması ilə tanınır, lakin bu, əsasən peyvənd olunmamış insanlarda və xroniki xəstəliyi olanlarda belə bir şeyin baş verə biləcəyini istisna etmir” – deyə Tamar Qabunia bildirib.