Tamar Qabunia - Sağlamlıq Ölçmələri İnstitutunun proqnozu göstərir ki, əgər maskadan istifadənin 95 faizinə nail olsaq, mənzərə əhəmiyyətli dərəcədə dəyişəcək
Sağlamlıq Ölçmələri İnstitutunun proqnozu göstərir ki, əgər maskadan 95 faiz halında istifadəyə nail olsaq, mənzərə əhəmiyyətli dərəcədə dəyişəcək .Beləliklə, prevensiya məqsədi ilə həm açıq havada, həm də daxili məkanda istifadə edilə biləcək ən təsirli və effektiv vasitə maskadır- bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, vətəndaşlar maskadan istifadə qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Çox sərt və qəti tövsiyyəmiz budur ki, kiminsə maska taxmaqla bağlı irad tutub-tutmayacağından, cərimələyib-cərimələməməsindən asılı olmayaraq, bütün vətəndaşlar maskadan istifadəyə qayıtsın. Əsas odur ki, bu qayda tətbiq olunsun. Bu gün biz maskadan istifadənin təxminən 50 % -lik səviyyəsindəyik. Əgər onu 30 faiz də yaxşılaşdırsaq, infeksiyaların yayılmasında əhəmiyyətli dəyişiklik olacaq, həm də ölüm nisbəti infeksiyaların sayı ilə birbaşa bağlıdır, ” – deyə Qabunia bildirib.