Tamar Qabunia bildirir ki, Səhiyyə Nazirliyi yaxın gələcəkdə diabetli uşaqlar üçün qanda qlükoza səviyyəsinin davamlı monitorinqini həyata keçirən avadanlıq alacaq
Tamar Qabunia bildirir ki, Səhiyyə Nazirliyi yaxın gələcəkdə diabetli uşaqlar üçün qanda qlükoza səviyyəsinin davamlı monitorinqini həyata keçirən avadanlıq alacaq

Səhiyyə nazirinin müavinləri Tamar Qabunia və İlia Ğuduşauri diabetli uşaqların valideynləri ilə görüşüblər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, görüşdə nazirliyin yaxın vaxtlarda satın almağı planlaşdırdığı I tip diabetli uşaqlar üçün qanda qlükoza səviyyəsinin davamlı monitorinqi sistemləri və sensorların alınması məsələləri müzakirə olunub.

Nazirin birinci müavini Tamar Qabunianın sözlərinə görə, Milli Səhiyyə Agentliyi bazarda tədqiqatlara artıq başlayıb, tədqiqat başa çatdıqdan sonra tender elan olunacaq və müqavilə imzalanacaq. Görüşdə Milli Səhiyyə Agentliyinin direktoru Tamar Melikidze və Səhiyyə Siyasəti Departamentinin rəhbəri Ekaterine Adamia iştirak ediblər. Tərəflər oxşar görüşlərin gələcəkdə də davam etdiriləcəyi barədə razılığa gəliblər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, “Şəkərli diabetdən əziyyət çəkən uşaqlara xidmət” komponenti üzrə göstərilən xidmətlər dövlət proqramı çərçivəsində tam əhatə olunub və pasiyent tərəfindən birgəödəniş nəzərdə tutulmayıb.