Tamar Xulordava - Avropa İttifaqına vizasız gediş gəlişdən 190 mindən artıq insan istifadə etdi və rədd cavabı yalnız 600 nəfərə verildi
Tamar Xulordava - Avropa İttifaqına vizasız gediş gəlişdən 190 mindən artıq insan istifadə etdi və rədd cavabı yalnız 600 nəfərə verildi

Son göstəricilərə görə, 2017-ci il martın 28-dən sonra Avropa İttifaqı/Şengen məkanı ölkələrinə vizasız gediş gəlişdən 190 000-dən artıq insan istifadə etdi, – bu barədə Birinci Kanalına Gütcüstan Parlamentinin Avropa ilə inteqrasiya məsələləri üzrə Komitəsinin sədri, Tamar Xulordava bəyan etdi.

Onun dediyinə görə, göstəricilər ötən ilin martın 28-dən yanvarın sonuna qədər dövrü əhatə edir.

“Bizdə Daxili İşlər Nazirliyinin sərhədi bir başa reyslə şengen zonasını keçən vətəndaşların göstəriciləri var. Mövcud olan, yanvarın sonuna qədər göstəricilərə görə, keçən ilin martın 28-dən vizasiz gediş gəliş rejimindən 190 000-dən artıq insan istifadə etdi”, – Xulordava 1tv.ge ilə söhbətində bəyan etdi.

“Avropa ölkəsinə daxil olmağa icazə Gürcüstanın 600 vətəndaşına verilmədi. Rədd cavabının verilməsi obyektiv mühitlər ilə əlaqədar idi, ya passport biometrik deyildi, ya sənəd çatışmırdı, ya da məsələ geri dönmə bileti yox idi.

Geri dönməyənlərə gəldikdə – bu göstəricilərlə bağlı deyilməlidir ki, bunun dəqiq rəqəmi bizdə ola bilməz. Çünki müəyyən olunmuş vaxtda geri dönməyən, mütləq viza rejimini pozduğu demək deyil”, – Xulordava bəyan etdi.