Tamar Xulordava - Almaniyada sığınacaq axtaran vətəndaşlarımızın sayı 2017-ci ildə, 2016-cı ildən daha az idi
Parlamentin avrointeqrasiya komitəsinin sədri Tamar Xulordavanın verdiyi məlumata görə, 2017-ci ildə Almaniyadan sığınacaq istəyən vətəndaşların sayı 2016-cı ilinkindən az idi.
Xulordavanın dediyinə görə, qeyd olunan statistikayı Gürcüstanın partnyor ölkələri də nəzərə alırlar.
“Bir çox Avropa ölkəsi üçün biz təhlükəsiz ölkə olaraq bilinirik və bu yaxşı mexanizmdir ki, sığınacaq istəyənlərin həmin ölkələrdə aylarca qalmasına və orada qeyri-qanuni hərəklətlər etməyə imkan verilməsin . Bu məsələ ilə bağlı iqtidar konkret tədbirlər hazırlayır” – dedi Xulordava.
Almaniyanın Daxili İşlər Naziri Tomas De Maizer Münxendə Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze ilə görüş zaman bəyan etmişdi ki, “Gürcüstan bilir ki, Almaniyadan sığınacaq sayları həddindən çox artsa, Almaniya vizaliberalizasiyanın dayandırılması mexanizmini qüvvəyə salmalı olacaq”.
“Vizaliberalizasiyayı qoruyub-qoruya bilməməsi Gürcüstanın özündən asılıdır” – dedi De Maizer.
Bundan əlavə, Die Welt nəşriyyatı məqalə yaydı, hansında deyliri ki, Almaniya iqtidarı Gürcüstandan sığınacaq istəyənlərin sayının artmasına görə şokdadır.