Gürcüstan  "Pfizer" peyvəndinin əlavə dozalarını qəbul edib
Gürcüstan "Pfizer" peyvəndinin əlavə dozalarını qəbul edib

 

Ölkədə üç növ peyvənd var. Pfizer peyvəndlərinin əlavə dozaları bu səhər gətirilib, tezliklə paylanacaq və “Pfizer” vaksini ilə peyvəndləmə prosesi bərpa olunacaq. “Sinopharm” və “Sinovak” vaksinləri ilə peyvəndləmə aparılır-bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, əhalinin 65 faizinin yaya qədər peyvənd olunması arzuolunandır.

Eyni zamanda, nazir müavininin sözlərinə görə, peyvəndlə bağlı təşviqat proqramı davam edir.

“Peyvəndlərin miqdarı hədəfimizə, yayın ortalarına qədər bütün əhalinin 65 faizini peyvəndləmək üçün kifayətdir, belə ki, peyvənd tədarükü zənciri fasiləsiz davam edəcək və bu baxımdan əhalinin problemi olmayacaq. Əsas odur ki, vaxtında qərar verilsin, vətəndaş gedərək buster doza ilə peyvəndlənsin. Çünki busterdozanın əhəmiyyəti hələ də çox yüksəkdir. Həmçinin, əgər vətəndaş , hələ birinci və ikinci dozalarla peyvənd olunmayıbsa, gedib peyvənd ola bilər. Təşviqat proqramı yenidən aprelin sonuna qədər davam edir. Birinci və ikinci peyvəndləmə üçün 200 lari, buster doza üçün 100 lari. Kəmiyyətcə, biz il ərzində bir milyon “Pfizer” almışıq ki, bu da mərhələlərlə gətiriləcək. İndi ilk idxal bu dozaların 25 faizini təşkil edir və sonra tədricən daha çox idxal ediləcək ki, zəncir tam təmin olunsun. Ölkəmizdə peyvəndləmə yaşı 12+ yuxarıdır, 5-12 yaş qrupu üçün fərqli peyvənd tövsiyə olunur. Bu peyvəndin tədarükü nisbətən gec planlaşdırılır, çünki bu növ peyvəndlərə, xüsusən də xroniki xəstəlikləri olan uşaqlar halında tələbat var və bu peyvəndin müəyyən miqdarı tədarük olunacaq” -deyə Qabunia bildirib.