Tamar Qabunia - Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz tədris prosesinin təxirə salınması ilə əlaqədar hələlik rekomendasiya vermir

 
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz tədris prosesinin təxirə salınması ilə əlaqədar hələlik rekomendasiya vermir- bu barədə Gürcüstanın İşğal olunmuş ərazilərindən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini Tamar Qabunia Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, əgər tədris prosesinin təxirə salınması zərurəti olarasa, o zaman Koordinasiya Şurası məsələni müzakirə edəcək.

“Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz  tədris  prosesinin təxirə salınması ilə əlaqədar hələlik rekomendasiya vermir. Hər şey planlaşdırıldığı kimi həyata keçiriləcək. Əgər ehtiyac yaranarsa, təbii ki, şura bu məsələyə qayıdacaq”- deyə Tamar Qabunia bildirib.

Xatırlatmaq istərdik ki, Gürcüstan miqyasında dövlət və özəl məktəblərdə tədris prosesi yanvarın 17-dən bərpa edilməlidir. Məktəblər kimi uşaq bağçaları da yanvarın 17-dən fəaliyyətini bərpa edəcək.