Tamar Qabunia - iki-üç gün ərzində əlavə uşaq çarpayılarını səfərbər etməli olduq, bu da uşaqlar arasında virusun yayılmasının yüksək dərəcəsini göstərir
Ötən iki-üç gün ərzində əlavə uşaq çarpayılarını səfərbər etməli olduq, bu da uşaqlar arasında infeksiyanın yayılmasının yüksək göstəricisinə dəlalət edir , – deyə bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma halları son iki həftə ərzində daha da aktivləşib.
“Kovid pandemiyanın bugünkü vəziyyəti çox ağırdır, bu isə əhalinin sağlamlığı və ümumilikdə cəmiyyətin inkişafı, sosial, eləcə də istənilən digər proseslərin inkişafı baxımından yenə də xüsusi risklər yaradır. Yoluxma hallarının sayı artıq 1800-ü keçib, bu müəyyən mənada cəm göstəricidir, lakin yenə də son iki həftədə yoluxma hallarının xüsusi aktivliyini göstərir. Ötən iki-üç gün ərzində əlavə uşaq çarpayılarını səfərbər etməli olduq, bu da uşaqlar arasında infeksiyanın yayılmasının yüksək göstəricisinə dəlalət edir. Tbilisidə səfərbər olunan, epidemiyanın ikinci və ya üçüncü dalğası zamanı praktiki olaraq boş olan 200-ə qədər uşaq yatağı artıq doludur və əlavə çarpayılar səfərbər etməli olduq. Bu isə o deməkdir ki, infeksiyanın yayılması baxımından risklər artır. Bu vəziyyətdə yenə də əsas çıxış yolu peyvənd proqramıdır. Bütün bunlara, ümumiyyətlə gərgin ictimai fona baxmayaraq, bu vəziyyətdə peyvənd proqramının təxirə salınmadan həyata keçirilməsində hamı maraqlıdır” – deyə Tamar Qabunia bildirib.