Tamar Qabunia - bu mərhələdə, 1200-ə qədər "Omicron"-a yoluxma halı qeydə alınıb, yalnız 14-nün xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb
Tamar Qabunia - bu mərhələdə, 1200-ə qədər "Omicron"-a yoluxma halı qeydə alınıb, yalnız 14-nün xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb

 

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, bu mərhələdə ölkədə “Omicron”-a 1200-ə qədər yoluxma halı labaratoroloji yolla təsdiqlənib. Onun verdiyi məlumata görə, əksər hallarda xəstəlik yüngül keçir və yalnız 14 pasiyentin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

Tamar Qabunia xüsusilə vurğulayıb ki, “Omicron”-a yoluxanların əksəriyyəti iki dəfə peyvənd olunub. Bununla belə, vaksinasiyanın effektivliyindən danışan səhiyyə nazirinin müavini bildirib ki, buster doza peyvəndin qoruyucu təsirini demək olar ki, iki dəfə artırır.

“Omicron”-a yoluxanların əksəriyyəti peyvənd olunub. Peyvənd edilmiş pasiyentlərdə xəstəxanaya yerləşdirmə nisbəti minimaldır, praktiki olaraq yoxdur, bu bir daha onu göstərir ki, “Omicrona” qarşı peyvəndin effektivliyi, xüsusilə də xəstəxanaya yerləşdirilmə və ağırlaşma hallarının qarşısının alınması baxımından vacibdir. Buster doza peyvəndin qoruyucu təsirini demək olar ki, iki dəfə artırır. “Omicron”-a 1200-ə qədər yoluxma halı labaratoroloji yolla təsdiqlənib. Bu yoluxma hallarından yalnız 14-nün xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb, bu isə aşağı göstəricidir, lakin “Omicron”-a yoluxanların əksəriyyəti iki dəfə peyvənd olunub və həmçinin buster dozanı qəbul ediblər”-deyə Tamar Qabunia bildirib.