Tamar Qabunia bildirir ki, peyvəndləmə üzrə qeydiyyat portalına kütləvi kiber hücum həyata keçirilib
Tamar Qabunia bildirir ki, peyvəndləmə üzrə qeydiyyat portalına kütləvi kiber hücum həyata keçirilib

 

Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabunia peyvəndləmə üzrə qeydiyyat portalına kütləvi kiber hücum həyata keçirildiyini bildirib.

Tamar Qabuniyanın da qeyd etdiyi kimi, texniki qrup işləyir və portaldakı problem bir neçə saat ərzində aradan qaldırılmalıdır.

“Bizdəki məlumata görə, kiber hücum xətaya səbəb olub, bu gün səhər bu barədə bizə məlumat verildi. Kütləvi kiber hücum səbəbindən saytın portalının fəaliyyətində xəta yaranıb. Texniki qrup işləyir və problem bir neçə saat ərzində aradan qaldırılmalıdır. Saytın bərpa edildiyi barədə dəqiqləşdirilmiş məlumat əldə edən kimi dərhal qeydiyyatın başlandığını elan edəcəyik” -deyə o qeyd edib.

 stopcov.ge portalına gəlincə, saytda statistika bu gün yenilənməyib , Qabunia eyni problemin burada da olduğunu bildirir.

Koronavirus əleyhinə peyvəndləmə üçün yaradılmış https://booking.moh.gov.ge veb-səhifəsi  bu səhərdən bəri işləmir.

Bununla yanaşı , koronavirus göstəriciləri ilə əlaqədar gündəlik statistika hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də bu vaxtadək yenilənməyib.