Tamar Qabunia bəyan edir ki, "Novovaks" və "Conson end Conson" vaksinalarının Gürcüstana iyul ayında gətirilməsi ehtimal olunur
5 000 nəfərin gündəlik vaksinasiyası çox yaxşı göstəricidir. Vaksinasiya istəyən vətəndaşlar öz növbələrini gözləməlidilər, bu bəyanatı Səhiyyə Nazirinin müavini Tamar Qabunia verdi.
Onun dediyinə görə, “Novovaks” və “Conson end Conson” vaksinasını “Kovaks” platformundan Gürcüstan iyul ayında alacaq.
“Bəzən vətəndaşın zəng edib vaksina istədiyi halda, onun olmaması əhalidə ümidsizlik yarada bilər, ancaq əlavə dozalar gətiriləcək, çünki iyul ayından “Novovaks” və “Conson end Conson” vaksinalarını gözləyirik.
Vaksinasiya prosesi isə, kifayət qədər fəaldır. Gündə 5000 nəfərin vaksinasiyası çox yaxşı göstəricidir. Vaksinasiya ala bilməyən vətəndaşlar isə, ümidsizliyə qapılmasınlar və öz növbələrini gözləsinlər. Mən də vaksinasiya oluna bilərdim, ancaq buna imkanım olduğu halda, öz növbəmi əhaliyə verirəm”, – dedi Tamar Qabunia.