Tamar Qabunia bəyan edir ki, Gürcüstanda Hindistan ştamının heç bir halı qeydə alınmayıb

Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunia bəyan edir ki, Gürcüstanda Hindistan ştamının heç bir halı qeydə alınmayıb.

Vaksinaların ştamla bağlı effektivliyi məsələsinə gəlincə isə, Qabunia bəyan edir ki, bazarda mövcud olan bütün vaksinalar ştama qarşı kifayət qədər effektivdirlər.

“Bildiyimiz qədəri ilə, “Fayzer” şirkəti təsdiqlədi ki, onun vaksinası bütün ştamlara qarşı effektivdir. Hərkəs vaksinaların effektiv olduğuna inanır və biz də, vaksinasiya prosesinə davam edirik”, – dedi Tamar Qabunia.