Taksi sürücüsü Meriko Koberidze 15 yaşlı Gigi Antadzeyə pulsuz xidmət edəcək

“Axali Kvira” verlişində yayımlanan reportajın qəhramanları – taksi sürücüsü Meriko Koberidze və 16 yaşlı biznesmen Gigi Antadze dost oldular.

Merikonun qərarı ilə, o hər sabah Gigiyi öncə topdansatış bazarına, sonra isə, “Mziuridə”-ki kiçik dükkanına aparacaq.

Taksi sürücüsü olan gənc qızı və 15 yaşlı biznesmeni ictimaiyyət “Axali Kvira” verlişindən tanıdı və onlara yardım etmək istəyənlər çox oldu.

26 yaşlı Meriko Koberidze İlia Dövlət Universitetində Elm və Sənət fakultəsini bitirdi və təhsilini xaricdə davam etdirdi, indi isə, Gürcüstanda öz kiçik biznesi var və həmçinin, taksi sürücüsü olaraq, çalışır.

15 yaşlı Gigi Antadze paraliç xəstəsidir, ancaq bu xəstəlik ona öz şəxsi biznesini idarə etməyə mane olmur.

Gigi Rustaveli prospektində natural şirələr satırdı, ancaq, küçə satışlarının qadağan edilməsindən sonra, Tbilisi meriyası ona “Mziuri” ərazisində kiçik dükkan verdi və fəaliyyətinə ordan davam edir.