Taksi sürücüləri lisenziyalarını avqustun 21-dən Ədliyyə Evindən də ala bilərlər
Taksi sürücüləri lisenziyalarını avqustun 21-dən Ədliyyə Evindən də ala bilərlər

Tbilisi meri Kaxa Kaladzenin bəyanatına görə, bu mərhələ üçün 220-dən artıq taksi sürücüsünə taksiçilik lisenziyası verildi.

Merin qeyd etdiyinə görə, taksi sürücülüyünün lisenziyasını almaq üçün, taksi sürücüləri artıq Ədliyyə Evinə də müraciət edə bilərlər.

“Bizə bu məsələdə yardım göstərdiyi üçün Ədliyyə Naziri Tea Tsulukianiyə təşəkkür edirəm. Taksi sürücülərinin lisensiyalarının alma prosedurlarını asanlaşdırdıq və bununla yanaşı, avqustun 21-dən sürücülər lisenziyalarını Ədliyyə Evindən də alacaqlar.

Bildiyiniz kimi, cari ilin oktyabrın birindən icazəsiz taskiçilik etmək qadağan edilir. İcazəsiz, yəni lisenziyasız taksiçilik üçün cərimə 200 laridir” – dedi Kaxa Kaladze.