Svansikanın onlayn dərsləri bu gündən 1tv.ge-də

Bu gündən 1tv.ge-də Qoqa Lazrişvilinin – “Svansikanın”, “Svansikanın onlayn dərsləri – riyaziyyat abiturientlər üçün” layihəsi başlayır.

Dərslər veb səhifədə gündə iki dəfə, saat 15:00-da və saat 21:00-da dərc olunacaq. Birinci həftə 1tv.ge-də 12 dərs yerləşdiriləcək (şənbə-bazar da daxil olmaqla), gələn həftədən isə verilişlərin izlənilməsi bazar ertəsindən cümə günü də daxil olmaqla mümkün olacaq (cəmi 15 dərs)

Pulsuz videokurs 130 dərsi əhatə edir, hər bir dərs 12 dəqiqə davam edir.

Riyaziyyat ilə bağlı suallara cavabları isə, hər bazar ertəsi günü, layihənin fesysbuk səhifəsindən alacaqsınız.

Verilişin aparıcısı, Qoqa Lazrişvili 35 illik təcrübə ilə riyaziyyatçıdır. O, 7000 dərs və 400 mühazirə keçiribdir.

1tv.ge-də ilk dərs bu gün yerləşdirildi.