Sürücülük hüququ əldə etmək üçün  praktiki imtahanlar və daha bir neçə xidmət mayın 18-dən etibarən yenilənir
Sürücülük hüququ əldə etmək üçün  praktiki imtahanlar və daha bir neçə xidmət mayın 18-dən etibarən yenilənir

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi mayın 18-dən etibarən ,mərhələli  şəkildə  , COVID-19-un  profilaktik tədbirlərindən irəli gələrək məhdud xidmətlər göstərməyə başlayır  və gündəlik iş qrafikinə qayıdır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qeyd etmək lazımdır ki, Xidmət Agentliyi xidmətlər göstərərkən , vətəndaşların təhlükəsizliyi naminə  Gürcüstan  hökumətinin  Qurumlararası Koordinasiya Şurasının tövsiyyələrini tam nəzərə alır.

Onların verdiyi məlumata  görə, ilk mərhələdə sürücülük   hüququ almaq üçün praktik imtahanlar bərpa ediləcək. Sürücülük hüququ əldə etmək üçün nəzəri imtahanı    keçmiş şəxslərə  praktiki imtahanı vermə xidmətindən yararlanmaq   imkanı verilir. Bundan əlavə, köhnə nömrə nişanının dəyişdirilməsi xidməti bərpa ediləcək.

Bu mərhələdə Xidmət Agentliyi tərəfindən  müvəqqəti olaraq  həyata keçirilmir:

–  Nəqliyyat vasitəsini idarə etmə hüququ almaq üçün  nəzəri imtahana elektron növbə sifarişi və   nəzəri imtahan vermək;

– Odlu silahın qeydiyyatı ilə bağlı prosedurlar.

Şəxsin mühakimə edilməsi,   məhkum edilməsi, nəqliyyat vasitəsinin hüquqi statusu,   şəxs tərəfindən dövlət sərhəddinin keçilməsi  və silahın hüquqi statusu barədə arayışlara  gəlincə isə , bu mərhələdə müraciətlər  yalnız elektron qaydada,  Agentliyin veb saytında qəbul olunur.

Nəqliyyat vasitələrinin  gömrük və qeydiyyat xidmətləri adi qaydada aparılır.

 

Hazırladı-Sevinc Mustafayeva