Sürücülər video-cərimələri artıq DİN-in rəsmi veb-səhifəsindən ödəyə biləcəklər
Sürücülər video-cərimələri artıq DİN-in rəsmi veb-səhifəsindən ödəyə biləcəklər.
“Daxili İşlər Nazirliyi vətəndaşlara xidmətin keyfiyyətini artırmaq məqsədi ilə texnologiya yeniliklərini tətbiq etməyə davam edir.
Daxili İşlər Nazirliyinin rəsmi veb-səhifəsi – POLICE.GE-yə video-cərimələrin onlain ödənilməsi funksiyasını daşıyan inovasiya servisi əlavə edildi.
Qeyd olunan servis vətəndaşlara eyni veb-səhifədə video-cərimənin statusunu yoxlayıb, 1%-lik komisiya vergisi ilə, cəriməyi oradanca ödəmək imkanını verəcək.