Sursumiya yarımfinaldadır - Budapeşt 2018 (video)

Gürcü güləşçisi, Nuqzar Sursumiya (55kq.) Budapeştdə keçirilən dünya çempionatının yarımfinalına çıxdı.

1/4 final görüşündə o, Brazilya adı ilə yarışan Sarqis Xaçatryan ilə görüşdü. Görüş 40 saniyədə başa şatdı və Sursumiya rəqibini asanlıqla, 8:0 hesabı ilə məğlubiyyətə uğratdı.

Nuqzar Sursumiya günün birinci yarışında İranlı Moslem Mahmud Naderixadem ilə görüşdü və  6:1 hesabı ilə qalib gəldi.