Suriya hökuməti İsrail tərəfindən Hələb hava limanına hava hücumu həyata keçirildiyini bildirib
Suriya hökuməti İsrail tərəfindən Hələb hava limanına hava hücumu həyata keçirildiyini bildirib

Suriya hökuməti İsrail tərəfindən Hələb hava limanına hava hücumu həyata keçirildiyini bildirib. Bu barədə “BBC” yazır. Medianın məlumatına əsasən, bu, Hələb hava limanına son iki həftə ərzində ikinci hücumdur.

Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Aralıq dənizindən hava zərbəsi endirib, nəticədə hava limanına maddi ziyan dəyib və fəaliyyətini dayandırıb.

Hava limanı cümə axşamı tətildən sonra fəaliyyətini təzəcə bərpa etmişdi.

İsrail hakimiyyəti Suriya hökumətinin bəyanatını şərh etməyib.

Suriya hökuməti cümə axşamı bildirib ki, İsrail ölkənin Dəməşq və Hələbdəki iki əsas beynəlxalq hava limanını bombalayıb.

“BBC”-nin yazdığına əsasən, bu hava limanları təkcə mülki aviasiyaya xidmət etmir, həm də orada hərbi bazalar yerləşir ki, yayılmış məlumatlara görə, bu bazalar İran silahlarının “Hizbullah” qruplaşmasına tədarükü üçün tranzit məntəqədir.