Su polosu üzrə Avropa çempionatı | Gürcüstan millisi Almaniyanı məğlub etdi #1TVSPORT
Su polosu üzrə Avropa çempionatı | Gürcüstan millisi Almaniyanı məğlub etdi #1TVSPORT

Xorvatiyada keçirilən su polosu üzrə cari Avropa çempionatında Almaniya yığmasını 15:10 hesabı ilə məğlub edən Gürcüstan millisi turnirdə 9-cu yer uğrunda Fransa ilə qarşılaşacaq.

Qarşılaşmanın birinci və ikinci hissəsi müvəqqəti üstünlüklə keçib və sonda 6:6 hesabı ilə yekunlaşıb. Üçüncü rübdə Gürcüstan 2:3 hesabı ilə uduzsa da, matçın son rübü tamamilə millimizin üstünlüyü ilə keçib.

 

 

 

 

 

 

Həlledici səkkiz dəqiqədə 7:1 hesabı ilə qalib gələn gürcü idmançılar oyuna 15:10 hesabı ilə yekun vurublar. Qeyd edək ki, bu qələbə Gürcüstan millisi üçün Almaniyaya qarşı ilk qələbədir.

Gürcüstan millisinin rəqibi Fransa 9-cu yer uğrunda görüşdə Hollandiyaya 16:9 hesabı ilə qalib gəlib.