Stomatoloji klinikaların bir hissəsinin tibbi fəaliyyəti bərpa edildi
Monitorinq xidməti tərəfindən yoxlanışdan keçən stomatoloji klinikaların bir hissəsi tibbi fəaliyyətini bərpa etdi.
Gürcüstanın Stomatoloqlar Asosiasiyasının prezidenti Ketevan Qogilaşvilinin məlumatına görə, 279 stomatoloji klinika müraciət üçün ərizəsini doldurub, onlardan 179-u yoxlandı, 164-ü isə, artıq fəaliyyət üçün izin aldı.
Ölkə miqyasında 1500 stomatoloji klinikanın mövcud olduğu halda, sadəcə 279-nun müraciətinin qeydə alınması faktını isə, Ketevan Qogilaşvili klinika rəhbərlərinin müvafiq meyarları qane edə biləcəkləri ilə bağlı şübhələrinin olduğu ilə izah edir.
Onun dediyinə görə, bir meyarın belə qane edilmədiyi təqdirdə, klinikalar açılış iznini ala bilməyəcəklər. Bütün meyarların qane edilməsi isə, böyük maddi resurs tələb edir.