"Ştadlerin" iki mərtəbəli qatarında yolçular qida və sərinləndirici içkilər ala biləcəklər

Bugündən etibarən, Gürcüstanın kurortlarına doğru gedən, İsveçrə firmasının iki mərtəbəli “Ştadler” qatarında yolçular qida və sərinləndirici içkilər ala biləcəklər.

Gürcüstanın Dəmir Yolları qida məhsullarını və sərinləndirici içkiləri saxlayan “vendinq” aparatılarını “Ştadler” vaqonlarına artıq montaj edib.

Gürcüstan Dəmir Yollarının məlumatına görə, Azkoyen şirkəti dünya miqyasında məşhur bir brenddir və bazarda lider pozisiyalarındadır. Qida məhsulları və sərinləndirici içkilərin saxlanması üçün “vendiq” aparatları da həmin şirkətdən alınıb.

Qida məhsullarına gəlincə isə, bir il ərzində, Gürcüstan Dəmir Yollarını qida məhsulları ilə tenderdə qalib gələn “Corcian Vendinq Qrup” şirkəti təmin edəcək.