SPİEGEL Giorgi Gaxariayla interviu yayır - vizasız rejimi gürcülərin kiçik hissəsi sui - istifadə edir
Gürcüstan vətəndaşlarının əksəriyyəti ” Şengen zonası” vizasız səyahət qaydalarına riayət edir və üsrünlükdən məmnuniyyətlə istifadə edir, – Gürcüstanın Daxili İşlər naziri Giorgi Gaxaria alman mediası SPİEGEL-in jurnalisitinin sualına belə cavab verdi.
Gaxarianın dediyinə əsasən, 2017-ci ilin may ayına qədər periotda Almaniyaya Gürcüstanın 66 091 vətəndaşı getdi və onların az hissəsi siyasi sığıncaq tələb etdi.
O bildirir ki, Gürcüstandan sığıncaq arayanların tələbi 2018-ci ilin yanvarında 696 idi, apreldə isə 295 nəfərin tələbi qeydə alındı.
” Yanvar ayından sığıncaq istəyənlər sayı hər ay azalır” – deyir Gaxaria.
Nazirin SPİEGEL-ə verdiyi bəyanata əsasən, Gürcüstan öz vətəndaşının Almaniyada etdiyi cinayətlərə ciddi nəzarət yetirir.
” Bizi narahat edir, hər fakta əhəmoyyət veririk amma statistika göstərir ki, Almaniyada törədilən cinayətlərdən 0.3 %-i gürüclərə aitdir. Buna görədə düşünürəm ki, media və siyasi əhatənin reaksiyası biraz həddindən artıqdır”, – deyə bildirdi Gürcüstanın Daxili işlər naziri.