Şovidə təbii fəlakət zonasında həlak olanların sayı 29-a çatıb
Şovidə təbii fəlakət zonasında həlak olanların sayı 29-a çatıb

 
Oni Munisipalitetində, təbii fəlakət zonasında aparılan axtarış tədbirləri nəticəsində xilasedicilər daha bir cəsədi tapıblar.

Məlumatı Daxili İşlər Nazirliyi yayır.

DİN-dən verilmiş məlumatda bu mərhələdə təbii fəlakət bölgəsində 29 cəsədin tapıldığı, 4 nəfərin axtarışlarının davam etdirildiyi deyilir.

Axtarış işlərinə canlı qüvvə, ağır texnika, üzən vasitələr və kinoloqlar qrupu cəlb olunub.