Şovidə təbii fəlakət zonasında daha bir cəsəd tapılıb
Şovidə təbii fəlakət zonasında daha bir cəsəd tapılıb

Şovidə təbii fəlakət zonasında daha bir meyit tapılıb. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.

Hazırda təbii fəlakət nəticəsində rəsmi məlumatlara görə 12 nəfər ölüb.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Mövcud məlumatlara görə, təbii fəlakət bölgəsində 24 nəfərin axtarışı davam edir.

Ümumilikdə 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyə edilib. Bundan əlavə, Oni Munisipalitetinin Qlola kəndində Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin səyyar qərargahı təşkil edilib.