Şovidə təbii fəlakət bölgəsində axtarış işləri yenə də davam edir
Şovidə təbii fəlakət bölgəsində axtarış işləri yenə də davam edir

 

Şovidə təbii fəlakət bölgəsində axtarış işləri yenə də davam edir. Bu barədə Gürcüstanın Birinci Kanalına Racha-Leçxumi-Kvemo Svaneti üzrə dövlət nümayəndəsi Papuna Marqvelidze açıqlayıb.

Papuna Marqvelidze təbii fəlakət nəticəsində həlak olanların ailələrinə bir daha başsağlığı verib.

“Təkcə bizim guşəmizin deyil, bütövlükdə Gürcüstanın başına böyük faciə gəldi. Fürsətdən istifadə edərək bir daha həlak olanların ailələrinə başsağlığı verirəm. Bu günə olan məlumata görə, itkin düşən 33 nəfərdən 32-nin cəsədi tapılıb və itkin düşən bir balaca oğlanın axtarışları hələ də davam edir. İşçi qüvvəsi və ağır texnika hələ də cəlb olunub. Kinoloqlar qrupu da bölgədə qalır. Hakimiyyətin birinci şəxsləri fəlakət bölgəsinə gəlmişdilər”-deyə Papuna Marqvelidze açıqlayıb.