Şovidə baş vermiş təbii fəlakətlə əlaqədar qaynar xətt aktivləşdirilib - 598 913 089
Şovidə baş vermiş təbii fəlakətlə əlaqədar qaynar xətt aktivləşdirilib - 598 913 089

Bu gün Oni Munisipalitetinin meriyasında Şovidə baş verən təbii fəlakətlə bağlı fövqəladə yığıncaq keçirilib. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Daxili işlər nazirinin müavinləri İoseb Chelidze və Qiorqi Butxuzi, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili, Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze, Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin direktoru, Zaza Tsxakaia, Raca-Leçxumi və Kvemo Svaneti üzrə dövlət müvəkkili Parmen Marqvelidze, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Şöbəsinin rəis müavini Merab Qamğrelidze və yerli hökumət nümayəndələri yığıncaqda iştirak ediblər.

“Görüşdə onlar Oni Munisipalitetində, fəlakət bölgəsində davam edən xilasetmə tədbirlərini müzakirə etdilər və gələcək fəaliyyətləri planlaşdırdılar.

İşgüzar iclasda qəbul edilmiş qərar nəticəsində 24 saat işləyəcək qaynar xətt yaradılıb.

Əhalidən itkin düşmüş şəxslərlə bağlı məlumatı olanları 598 913 089 nömrəsi ilə əlaqə saxlamağa çağırırıq”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.