Şota Rexviaşvili-Marneuli sakinlərini təbrik etmək istəyirəm,onlar adekvat davrandılar,tövsiyyələrə əməl etdilər,sabahdan etibarən sərbəst şəkildə hərəkət etmə imkanına sahib olacaqlar
İlk növbədə Marneuli sakinlərini səmimi qəlbdən təbrik etmək istəyirəm, onlar adekvat davrandılar,bütün tövsiyyə və davranış qaydalarına əməl etdilər,bu isə təxminən 60 günlük karantin məhdudiyyətlərin başa çatmasına imkan yaratdı-bu barədə Gürcüstanın Birinci Kanalına Kvemo Kartlinin qubernatoru,Şota Rexviaşvili bildirib.
Onun sözlərinə görə,sabahdan Marneuli sakinləri sərbəst şəkildə hərəkət etmə imkanına sahib olacaqlar.
″Mərkəzi hökumətə,bütün qurumlara və bölmələrə səmimi şəkildə təşəkkürümü bildirməzsəm olmaz.Bu olduqca uğurlu əməkdaşlıq müddəti idi,bir çox çağırış,olduqca böyük miqyasda,o cümlədən kiçik,lakin çox mürəkkəb vəziyyət müxtəlif istiqamətlərdə maneəçiliklər olmadan idarə olundu. Bu ardıcıl siyasətə görə polisə, Müdafiə Nazirliyinin bölmələrinə, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Milli Turizm Agentliyinə və hər kəsə,səhiyyəyə ,ilk növbədə həkimlərimizə dərin təşəkkürümü bildirirəm,bizə bu imkanı yaratdılar və burayadək gəlib çıxdıq″-deyə Rexviaşvili bildirib.
Sabahdan etibarən Marneulidə karantin zonası açılacaq.Şəhərə giriş və çıxış baxımından məhdudiyyətlər sabahdan etibarən olmayacaq. Vətəndaşların heç bir problem olmadan yerdəyişmə imkanları olacaq
Hazırladı-Sevinc Mustafayeva