Şota Rexviaşvili - Kvemo-Kartlidə virusun kontrolsuz yayılması müşahidə olunmur

Tetritskaroda aşkarlanan üç yeni koronavirus halının mənbəyi məlumdur.

Qeyd olunan hallar tibb klasterinə aiddir.

İnfeksiyaya yoluxan şəxslər isə, karantin zonalarındadırlar.

Kvemo-Kartli qubernatorunun bəyanatına görə, vaxtında görülən tədbirlər öz nəticələrini göstərdi və hazırda Kvemo-Kartli bölqəsində koronavirusun kontroldan kənar və kütləvi yayılması müşahidə olunmur.

“Biz regionda bir neçə qəbul mərkəzi hazırlayırıq, harda risk-qruplar yerləşdiriləcək. İlk növbədə Dəllər kəndindən başlayacağıq. Regionda koronavirusun sadəcə bir neçə halı qeydə alınır, kütləvi yayılma yoxdur” – dedi Şota Rexviaşvili.