Şota Xabareli - Yeni yetmələrimiz idmana daha çox cəlb edilməlidirlər
Şota Xabareli - Yeni yetmələrimiz idmana daha çox cəlb edilməlidirlər

Parlament əksəriyyətinin üzvü Şota Xabareli Təhsil Nazirliyinə müraciət edir ki, şagirdlərin idmana cəlb edilməsinə daha böyük diqqət yetirilsin.

Bugünki plenar iclasda Xabareli əsas diqqəti gənclərin idmana cəlb edilməsi məsələsinə yetirdi və qeyd etdi ki, gürcü gənclərinin idman sahəsindəki nailiyyətləri ilə hər bir Gürcüstan vətəndaşı fəxr edir.

Deputatın dediyinə görə, Gürcüstanın müstəqil olduğu gündən bugünə qədər, 2017-ci il idman üçün ən müvəffəqiyyətli oldu, çünki bu il Gürcüstanın dörd dünya çempionu var.

“Gənclərimizin böyük potensialı var, ancaq bundan istifadə etmirlər. İlk növbədə, onu həll etməliyik ki, gənclərimizi idmana necə daha çox cəlb edək. Beləliklə, gənclər vaxtlarını küçələrdə deyil, daha çox idman zallarında keçirəcəklər. Gənclərə seçim imkanı verməliyik: sağlam həyat tərzimi, yoxsa, bugün propaqandası edilən, və tənqid etdiyimiz həyat tərzimi” – dedi Xabareli.