Son məlumatlara görə, Ukraynanın Vinnitsa şəhərinə endirilmiş raket hücumu nəticəsində 22 mülki şəxs həlak olub
Son məlumatlara görə, Ukraynanın Vinnitsa şəhərinə endirilmiş raket hücumu nəticəsində 22 mülki şəxs həlak olub, 39 nəfər isə bu vaxtadək itkin hesab olunur.
Məlumatı Ukrayna mətbuatı milli polisin rəhbərinə istinadən yayır.
Medianın məlumatına görə, həlak olanlardan yalnız altısının şəxsiyyətini müəyyən etmək mümkün olub.
Xatırladaq ki, raket avtomobil dayanacağına yaxın yerə düşüb, bundan sonra 30-a yaxın avtomobil yanıb. Vinnitsada bir neçə yer bombalanıb. Partlayış nəticəsində zabitlərin evinə və yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib. Ukrayna prezidenti Volodimir Zelenski Vinitsadakı partlayışa münasibət bildirib və Rusiyanı dinc əhalini məhv edən terrorçu dövlət adlandırıb.