Son bir həftədə Gürcüstanda koronavirusa 10 253 yeni yoluxma halı aşkarlanıb, 7 508 pasiyent sağalıb
Son bir həftədə Gürcüstanda koronavirusa 10 253 yeni yoluxma halı aşkarlanıb, 7 508 pasiyent sağalıb

 

İyulun 18-dən iyulun 24-ü də daxil olmaqla, Gürcüstanda koronavirusa 10 253 yeni yoluxma halı aşkarlanıb, 7 508 pasiyent sağalıb, 5 nəfər isə vəfat edib.

Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

İdarə tərəfindən verilən məlumatda, yuxarıda bəhsi keçən dövr ərzində ölkə miqyasında 74 245 ədəd test aparıldığı deyilir.

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdən verilən məlumatda, bəhsi keçən dövr ərzində koronavirusa ən çox yoluxma halının 5904 yoluxma halının Tbilisidə, 1 317 yoluxma halının Acharada, 1001 yoluxma halının isə İmeretidə qeydə alındığı deyilir.

7 günlük testləşmənin müsbət göstəricisi 13.81 % , son 14 günün isə -12.35 % təşkil edir.

Əvvəlki həftənin göstəricilərinə əsasən, (iyulun 10-dan iyulun 17-i də daxil olmaqla) Gürcüstanda koronavirusa 7 812 yeni yoluxma faktı qeydə alınıb, 4 764 nəfər sağalıb, 7 pasiyent vəfat edib.