Son 24 saat ərzində, Gürcüstanda koronavirusdan 15 pasient həyatını itirib

Son 24 saat ərzində, Gürcüstanda koronavirusdan 15 pasient həyatını itirib.

Bu haqda məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yayıldı.

Gürcüstanda koronavirusun 1 476 yeni halı qeydə alındı, 791 pasient sağaldı.

Koronavirusdan həlak olanların ümumi sayı – 4 110

Dünən aprelin 29-da isə, Gürcüstanda koronavirusun 1 433 yeni halı aşkarlandı, 1 160 nəfər sağaldı.

Peyvənd olunanların sayı 45 338 nəfər, bir gündə 1 729 nəfərdir.