Son 24 saat ərzində fövqəladə rejimin pozulmasının 99 faktı qeydə alındı
Son 24 saat ərzində fövqəladə rejimin pozulmasının 99 faktı qeydə alındı

Son 24 saat ərzində, hüquqmühafizəçilər tərəfindən həyata keçirilən monitorinq nəticəsində, bütün ölkə miqyasında, fövqəladə rejimin və komendant saatı məhdudiyyətləri qaydalarının pozulmasının 99 halı qeydə alındı.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyi bütün vətəndaşlara müraciət edir ki, fövqəladə rejim qaydalarını qorumağa davam etsinlər.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi qaydalarının pozulması üçün cərimə fiziki şəxslər üçün 3 000 laridir, hüquqi şəxslər üçün isə, 15 min laridir.