Son 20 il ərzində ilk dəfə avronun məzənnəsi dolların məzənnəsi ilə bərabərləşib
Son 20 il ərzində ilk dəfə avronun məzənnəsi dolların məzənnəsi ilə bərabərləşib.
“Reuters”in məlumatına görə, avronun ucuzlaşmasına enerji böhranı və “Avropa Mərkəzi Bankı”nın faiz artımı kampaniyası ilə əlaqədar yaranmış tənəzzül ehtimalı səbəb olur. Bu dəyişiklik Avropa ixracının beynəlxalq bazarlarda ucuzlaşması fonunda avropalı şirkətlər və istehlakçıların idxal etdikləri mal və xidmətlərə görə daha çox pul ödəyəcəyi deməkdir.
İyunda 8,6 faizə çatmış qəfil şok avro zonada rekord inflyasiyaya səbəb olub.
Rus qazının Almaniyadakı ən böyük kəməri olan “Şimal axını 1″in illik texniki işlər ilə əlaqədar 10 gün müddətinə bağlanacağı gözlənilir. Lakin hökumətlər və bazarlar Rusiyanın boru kəmərinin bərpasını gecikdirə, enerji böhranını şiddətləndirə və iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyindən ehtiyat edirlər. Paritetə doğru irəliləyiş Avropa Mərkəzi Bankının müdaxiləsi ilə bağlı spekulyasiyalara səbəb olub, lakin mövcud məlumata görə, bank müdaxilə etməyi planlaşdırmır. Vahid valyutanı dəstəkləmək üçün bank sonuncu dəfə 2000-ci ildə müdaxilə etmişdi.