Soxumi Dram Teatrının ərazisindəki meydanda aksiya keçirilir
Soxumi Dram Teatrının ərazisindəki meydanda aksiya keçirilir

 

Soxumi Dram Teatrının ərazisindəki meydanda dırnaq arası müxalifətin “xalq aksiyası” keçirilir. Bu barədə “Exo Kavkazi” yazır.

Medianın yaydığı məlumata əsasən aksiyanın təşkilatçıları və iştirakçıları “mənzillərin leqallaşdırılması, Abxaziyanın yaşayış məntəqələri, torpaqlarının bölüşdürülməsi və elektrik enerjisi tarifinin artırılması haqqında” qanuna qarşı çıxırlar.

Soxuminin de-fakto hökumət binaları kompleksinin ətrafında misilsiz təhlükəsizlik tədbirləri görülüb, metal hasarlar, tikanlı məftillər və avtobuslar yerləşdirilib.

İşğal olunmuş Abxaziyanın de-fakto lideri Aslan Bjanianın Mətbuat Xidmətində təhlükəsizlik qüvvələrindən başqa, de-fakto hakimiyyət tərəfdarlarının da toplaşdığı açıqlanıb. Medianın yazdığı kimi, Abxaziya icması bir neçə aydır ki, mənzillərin leqallaşdırılması ilə bağlı qanundan narahatdır, Aslan Bjania isə qanunun qəbulunda israrlıdır.

Mayın 25-də Abxaziyanın Veteranları və Vətəndaşların İctimai Birliyi Aslan Bjanianın istefasını tələb edib.