Slovakiyanın Baş Naziri - Siyasi Qeyri-Hökumət Təşkilatlarının hakimiyyəti başa çatır, xarici maliyyəsi olan bütün təşkilatlar xarici agent kimi təsnif edilməlidir
Slovakiyanın Baş Naziri - Siyasi Qeyri-Hökumət Təşkilatlarının hakimiyyəti başa çatır, xarici maliyyəsi olan bütün təşkilatlar xarici agent kimi təsnif edilməlidir

Slovakiyada siyasi qeyri-hökumət təşkilatlarının hakimiyyəti bu gün başa çatır, -bu barədə ölkənin yeni baş naziri Robert Fizo bildirib.

Onun sözlərinə görə, xaricdən maliyyələşən bütün qeyri-hökumət təşkilatları xarici agentlər kimi təsnif edilməlidir.

Slovakiyanın yeni hökuməti xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları üzərində tənzimləməni sərtləşdirməyi planlaşdırır.

Yeni baş nazir onu da qeyd edib ki, “Smer”in rəhbərliyi altında Xarici İşlər Nazirliyi artıq xarici maraqların ruporu olmayacaq və Slovakiyanın məqsədlərinə uyğun fəaliyyət göstərəcək.