Slovakiya prezident seçkilərində Zuzana Çaputova liderlik edir. Səslərin 98,7%-nin hesablanmasından sonra ölkənin yeni rəhbərinin seçilməsi üçün ikinci tur keçiriləcək. Çaputovanın rəqibi Avropa Komissiyası prezidentinin keçmiş müavini, Maroş Şepçoviç olacaq.
Seçki Komissiyasının göstəricilərinə görə, Zuzana Çaputovanı seçicilərin 40,53%-i dəstəkləyir. Şepçoviç isə, 18,66% topladı.